Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zaxarova Rusiya vətəndaşlarının geri qaytarılması ilə bağlı danışdı
dünya

Zaxarova Rusiya vətəndaşlarının geri qaytarılması ilə bağlı danışdı

09-01-2026 14:00 40 Просмотров
IMG

Moskva “Marinera” tankerinin ekipajında olan Rusiya vətəndaşlarının geri qaytarılması məsələsi üzərində işə başlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

 

"Vətəndaşlarımızın mümkün qədər tez Vətənə qayıdışının təmin edilməsi ilə bağlı bütün məsələlərin təcili praktiki işlənməsinə başlayırıq", — deyə onun Rusiya Xarici İşlər Nazirliyinin Telegram kanalında yayımlanan şərhində bildirilir.

 

Qeyd edək ki, Rusiya XİN-in açıqlamasına görə, nazirliyin müraciətindən sonra ABŞ lideri Donald Tramp “Marinera” tankerinin ekipajından olan iki Rusiya vətəndaşının azad edilməsi barədə qərar qəbul edib.

 

Aysel Şirinova