Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "Britaniya və Fransanın Ukraynadakı hərbi bazaları qanuni hədəf olacaq" - Zaxarova
dünya

"Britaniya və Fransanın Ukraynadakı hərbi bazaları qanuni hədəf olacaq" - Zaxarova

08-01-2026 15:00 56 Просмотров
IMG
 Böyük Britaniya və Fransanın Ukraynada hərbi bazalar yerləşdirmək planları xarici müdaxilə kimi qiymətləndiriləcək. Həmin obyektlər Rusiya ordusu üçün qanuni hədəfə çevriləcək.
 
 
Tvit.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

Mariya Zaxarova sözlərinə görə,  bütün xarici bölmələr və obyektlər Rusiya Silahlı Qüvvələrinin qanuni döyüş hədəfləri kimi qəbul ediləcək.

 

Rusiya XİN nümayəndəsi həmçinin xatırladıb ki, sülh yolu ilə həll yalnız Ukrayna neytral statusa, demilitarizasiya və ərazi reallıqlarının tanınmasına qayıtdıqda mümkündür.

 

Aysel Şirinova