Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
dünya

Parisdə etirazlar başladı

08-01-2026 13:00 65 Просмотров
IMG

Parisdə fermerlər Avropa İttifaqının Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) ilə ticarət sazişinin imzalanmasına qarşı etiraz aksiyası keçirir. Bu barədə TASS-ın müxbiri məlumat verir.

 

Tvit.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə aqrar sahə nümayəndələri xüsusilə Zəfər Tağı və Eyfel qülləsi ətrafında toplaşıblar.

 

Onlar həmçinin iribuynuzlu mal-qaranı yoluxduran dəri xəstəliyi  nodulyar dermatit səbəbindən heyvanların kütləvi şəkildə kəsilməsindən narazılıqlarını ifadə edirlər.

 

Etirazçılar şüarlar səsləndirir və üzərində “Aqrarlarımızı xilas edək”, “MERCOSUR Fransa kənd təsərrüfatını məhv edəcək”, “Aqrar sektorda ədalət naminə” yazılmış plakatlar qaldırıblar.

 

Aysel Şirinova