Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya 100-dən çox şirkət Trampa qarşı məhkəməyə müraciət edib - Bloomberg
dünya

100-dən çox şirkət Trampa qarşı məhkəməyə müraciət edib - Bloomberg

08-01-2026 12:00 77 Просмотров
IMG

ABŞ-nin yüzlərlə şirkət idxal rüsumu şəklində ödənilmiş milyardlarla dolları geri qaytarmaq məqsədilə Donald Tramp administrasiyasına qarşı məhkəmə iddiaları qaldırıb.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

ABŞ administrasiyasına qarşı məhkəmə çəkişmələrinə artıq mindən çox hüquqi şəxs qoşulub. İddialar dalğası noyabr ayında Ali Məhkəmə hakimlərinin Donald Trampın 1977-ci il Fövqəladə Səlahiyyətlər haqqında qanundan qlobal tariflərin tətbiqi üçün istifadə etməsinin hüquqi əsaslarına şübhə ilə yanaşmasından sonra başlayıb.

 

İddiaçılar sırasında Costco Wholesale Corp., EssilorLuxottica SA, Goodyear Tire & Rubber Co. kimi iri bazar şirkətləri, eləcə də Reebok, Puma, GoPro, Revlon kimi tanınmış brendlərin istehsalçıları yer alır. Onlara həmçinin xarici şirkətlərin törəmə müəssisələri — o cümlədən Yaponiyanın Yokohama Rubber Co. və Çinin LONGi Green Energy Technology Co. də qoşulub.

 

Aysel Şirinova