Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Azərbaycan bir il ərzində hökumətlərin süni intellektdən istifadəyə hazırlıq indeksində 41 pillə irəliləyib
iqtisadiyyat

Azərbaycan bir il ərzində hökumətlərin süni intellektdən istifadəyə hazırlıq indeksində 41 pillə irəliləyib

05-01-2026 13:00 68 Просмотров
IMG

"Oxford Insights" şirkətinin tərtib etdiyi 2025-ci ildə hökumətlərin süni intellektin (AI) tətbiqinə hazırlıq indeksinə əsasən, Azərbaycan 111-ci pillədən 70-ci pilləyə yüksəlib.

"Report" "Oxford Insights"a istinadən xəbər verir ki, ölkənin ümumi balı 48,96 təşkil edib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 39,92-yə bərabər olub.

İndeks çərçivəsində Azərbaycan ayrı-ayrı kateqoriyalar üzrə aşağıdakı balları toplayıb: "Dövlət siyasəti potensialı" - 53,5, "AI infrastrukturu" - 46,21, "İdarəetmə" - 50, "Dövlət sektorunda AI-nin tətbiqi" - 66,97, "İnkişaf və yayılma" - 34,73, "Dayanıqlıq" - 58,27.

Qeyd etmək lazımdır ki, Azərbaycan indeksdə Cənubi Qafqaz ölkələri arasında lider mövqedədir, Mərkəzi Asiya ölkələri arasında üçüncü yerdə qərarlaşıb. Belə ki, Ermənistan 37,17 balla 108-ci, Gürcüstan 43,1 balla 84-cü, Qazaxıstan 55,86 balla 60-cı, Özbəkistan 54,69 balla 62-ci, Tacikistan 27,37 balla 135-ci, Qırğızıstan 33,69 balla 116-cı, Türkmənistan isə 20,75 balla 166-cı yerdədir.

Bütövlükdə, Cənubi və Mərkəzi Asiya regionunda (regionun qlobal reytinqi - 6-cı yer, orta bal - 41,41) Azərbaycan 5-ci yeri tutaraq Hindistan (67,9 bal), Türkiyə (58,1), eləcə də Qazaxıstan və Özbəkistandan geri qalıb. Eyni zamanda ölkə Banqladeş (47,4), Pakistan (46), Şri-Lanka (44,4), Butan (38,6), Nepal (37,5), Maldiv adaları (25,9), Əfqanıstan (16,4) kimi dövlətləri qabaqlayıb.