Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Məhkəmə-Hüquq Şurası 4 şirkətlə müqavilə imzaladı
iqtisadiyyat

Məhkəmə-Hüquq Şurası 4 şirkətlə müqavilə imzaladı

18-09-2026 17:00 18 Просмотров
IMG

Məhkəmə-Hüquq Şurası avtomobil təmiri, ofis mebeli, dəftərxana və təsərrüfat malları, həmçinin yanğınsöndürən balonların doldurulması xidmətləri üzrə satınalmalar həyata keçirib.

 

Tvit.az xəbər verir ki, avtomobil təmiri işlərinin satınalınması üzrə qalib “Murad Age Construction” MMC olub. Müqavilənin məbləği 16 016,06 AZN təşkil edib.

 

Ofis mebellərinin alınması üzrə “Integro Group” MMC 6 349,58 AZN, dəftərxana, təsərrüfat malları və mətbəə məhsullarının satın alınması üzrə “Premium Təchizat” MMC 48 990,47 AZN, yanğınsöndürən balonların doldurulması xidmətləri üzrə isə “Confirex” MMC 754,02 AZN məbləğində müqavilə əldə edib.

 

Aysel Şirinova