Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница siyasət "İqlim fəaliyyəti sahəsində monitorinq mexanizmlərinin gücləndirilməsinə ehtiyac var"
siyasət

"İqlim fəaliyyəti sahəsində monitorinq mexanizmlərinin gücləndirilməsinə ehtiyac var"

14-11-2024 14:00 29 Просмотров
IMG

Braziliya Ali Audit Orqanı tərəfindən təqdim edilən İqlim Skanerinin ilkin nəticələrinə əsasən ölkələrin 80%-də iqlimlə bağlı tədbirləri həyata keçirmək üçün inzibati strukturlar, 64%-də iqlimin təsirini azaltmaq üçün uzunmüddətli strategiyalar mövcuddur, 58%-də isə hüquqi və tənzimləyici baza yaradılıb.

"Tvit.az" xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın təşkilatçılığı ilə keçirilən “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə məlumat verilib.

Qeyd edilib ki, müvafiq institutların olması şəraitində monitorinq sistemlərində zəifliklər izlənilir. Belə ki, ölkələrin 27%-də belə mexanizmlər ümumiyyətlə mövcud deyil, 45%-də isə müvafiq məlumatlar təkmilləşdirməyə səbəb olmur.