Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Bəqayi Rubionun İranla bağlı iddialarını rədd etdi: Tarixi faktlar təhrif olunur
dünya

Bəqayi Rubionun İranla bağlı iddialarını rədd etdi: Tarixi faktlar təhrif olunur

08-10-2026 14:00 11 Просмотров
IMG

İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ dövlət katibi Marko Rubionun Tehranın bir neçə dəfə razılaşma əldə etmək imkanlarını əldən verməsi ilə bağlı açıqlamalarına cavab verib.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Bəqayi Rubionun fikirlərinin tarixi faktları təhrif etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ öz öhdəliklərini dəfələrlə pozub. İran rəsmisi bu kontekstdə Vaşinqtonun 2018-ci ildə nüvə sazişindən çıxmasını və danışıqlar prosesi zamanı İrana qarşı hərbi fəaliyyətlərə əl atmasını qeyd edib.


Bəqayi, habelə, bildirib ki, İranın ABŞ-nin təkliflərinə cavabı vasitəçilər vasitəsilə çatdırılacaq. 


Elmin Alışov