Azərbaycan və NATO tərəfdaşlığı, enerji təhlükəsizliyi məsələlərini və bu sahədə birgə tədqiqatların perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.
Tvit.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Oktyabrın 7-də NATO-nun Enerji Təhlükəsizliyi üzrə Qabaqcıl Təcrübə Mərkəzinin direktoru polkovnik Gitis Kazokas mərkəzin təhsil, hazırlıq və təlimlər şöbəsinin mütəxəssisi leytenant Zafer Başerlə birlikdə Azərbaycana səfər edib.
"Səfər çərçivəsində NATO-nun Enerji Təhlükəsizliyi üzrə Qabaqcıl Təcrübə Mərkəzinin nümayəndə heyəti Azərbaycan Xarici İşlər Nazirliyi, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi və digər dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirib", - məlumatda bildirilib.