2014-cü ildən etibarən Rusiyaya qarşı tətbiq edilən Avropa sanksiya siyasəti Avropa İttifaqına 3 trilyon avrodan artıq ziyan vurub.
Tvit.az xəbər verir ki, bu barədə “Vahid Rusiya” partiyasının Ali Şurası Bürosunun və Xarici və Müdafiə Siyasəti Şurasının üzvü Andrey Klimov müsahibəsində bildirib.
“BRİKS – Avropa” simpoziumu 15 noyabr tarixində “Sirius” ərazisində keçirilib və Avropa Parlamentinin, eləcə də milli parlamentlərin üzvləri də daxil olmaqla 30-dan çox avropalı siyasətçini bir araya gətirib. İştirakçılar arasında Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndələri də olub.
“AfD nümayəndələri ilə danışırdım və onlara dedim: "Vətəninizə qayıdanda soruşun, Avropa bürokratiyası 2014-cü ildən bəri Rusiyaya qarşı sanksiya siyasəti ucbatından hansı əsasla Avropa İttifaqına ümumilikdə 3 trilyon avrodan artıq ziyan vurulmasına yol verib?’” - deyə Klimov bildirib.
Onun sözlərinə görə, alman tərəfi iqtisadi zərərin miqyasından heyrətə gəlib.
"Onlar təkrar-təkrar yoxlamağa başladılar, sanki belə olmamalıdır, amma mən onlara hesablamalar üçün əsas rəqəmləri verdim və bəzilərində ümumi məbləğ daha da böyük çıxdı”, – siyasətçi əlavə edib.
Aysel Şirinova