Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya əleyhinə sanksiyalar Avropa İttifaqına 3 trilyon avrodan çox zərər vurub
dünya

Rusiya əleyhinə sanksiyalar Avropa İttifaqına 3 trilyon avrodan çox zərər vurub

29-12-2025 11:00 13 Views
IMG

2014-cü ildən etibarən Rusiyaya qarşı tətbiq edilən Avropa sanksiya siyasəti Avropa İttifaqına 3 trilyon avrodan artıq ziyan vurub.

 

Tvit.az xəbər verir ki, bu barədə “Vahid Rusiya” partiyasının Ali Şurası Bürosunun və Xarici və Müdafiə Siyasəti Şurasının üzvü Andrey Klimov müsahibəsində bildirib.

 

“BRİKS – Avropa” simpoziumu 15 noyabr tarixində “Sirius” ərazisində keçirilib və Avropa Parlamentinin, eləcə də milli parlamentlərin üzvləri də daxil olmaqla 30-dan çox avropalı siyasətçini bir araya gətirib. İştirakçılar arasında Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasının nümayəndələri də olub.

“AfD nümayəndələri ilə danışırdım və onlara dedim: "Vətəninizə qayıdanda soruşun, Avropa bürokratiyası 2014-cü ildən bəri Rusiyaya qarşı sanksiya siyasəti ucbatından hansı əsasla Avropa İttifaqına ümumilikdə 3 trilyon avrodan artıq ziyan vurulmasına yol verib?’” - deyə Klimov bildirib.

 

Onun sözlərinə görə, alman tərəfi iqtisadi zərərin miqyasından heyrətə gəlib.

"Onlar təkrar-təkrar yoxlamağa başladılar, sanki belə olmamalıdır, amma mən onlara hesablamalar üçün əsas rəqəmləri verdim və bəzilərində ümumi məbləğ daha da böyük çıxdı”, – siyasətçi əlavə edib.

 

Aysel Şirinova