Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijjarto Kiyevin NATO-ya qoşulmaqdan imtina etməyə hazır olduğunu açıqlamasına diqqət yetirməməyi tövsiyə edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məluamt yayıb.
O vurğulayıb ki, Ukraynanın Alyansa qoşulması heç vaxt ona bağlı olmayıb, çünki bu məsələdə qərar onun üzvləri tərəfindən verilir və onlar "konsensusdan çox uzaqdırlar."
"Əslində, yalnız Ukrayna Ukraynanın NATO-ya üzvlüyü məsələsini gündəmdə qoyub, amma bu önəmli deyil, çünki bu qərarı onlar vermirlər," - deyə Szijjarto bildirib.
Aysel