Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ FIFA 2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisini açıqlayıb
СПОРТ

FIFA 2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisini açıqlayıb

16-12-2025 22:00 31 Просмотров
IMG

Fransanın PSJ klubunun futbolçusu Usman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu, çalışdırıcı Luis Enrike isə ən yaxşı məşqçisi seçilib.

 

Tvit.az xəbər verir ki, onların mükafatlandırılma mərasimi Qətərin paytaxtı Dohada keçirilib.

 

Paris təmsilçisi ötən mövsüm Fransa Liqa 1, Fransa Kuboku və Super Kubokunun çempionu, həmçinin Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub. Usman Dembele Liqa 1-də 25 qolla 2024/2025 mövsümünün bombardiri olub. Ümumilikdə isə Dembele ötən mövsüm PSJ-də 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.