İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlak üzərində 328 061 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Tvit.az Oxu.az-a istinadla xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 63 891-i (19.5%) ilkin, 264 170-i (80.5%) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 64 366, mənzil - 85 424, torpaq sahəsi - 166 494, qeyri-yaşayış binası - 2 832, qeyri-yaşayış sahəsi - 8 172, əmlak kompleksi - 667, çoxmərtəbəli yaşayış binası - 103 və çoxillik əkmələr üzərində - 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 91 917-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-noyabr ayları ərzində 235 713 texniki pasport tərtib edilib, 56 948 ipoteka müqaviləsi qeydiyyata alınıb.