Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
iqtisadiyyat

“Azeri Light” ucuzlaşıb

16-12-2025 10:00 31 Просмотров
IMG

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

 

Tvit.az  xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,7 ABŞ dolları (1.1%)  azalaraq 63,73 ABŞ dollarına bərabər olub.

 

Qeyd edək ki, Azərbaycan neftinin dünənə qədər olan qiyməti 64,43 ABŞ dolları təşkil edirdi.

 

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

 

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.