Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Qusarda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
turizm

Qusarda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

15-12-2025 12:00 23 Просмотров
IMG

Qusarda 4 nəfər dəm qazından zəhərlənib.

"Tvit.az" xəbər verir ki, hadisə dekabrın 15-i gecə saatlarında rayonun Üzdənoba kəndində qeydə alınıb. Bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərləniblər.

Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova, 7 və 5 yaşlarında iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra vəziyyətləri yaxşı olduğu üçün ailənin 4 üzvü də evə buraxılıb.