Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm "Bakının mərkəzindəki eyvan təbii təsirlərdən uçub" - RƏSMİ (VİDEO-YENİLƏNİB)
turizm

"Bakının mərkəzindəki eyvan təbii təsirlərdən uçub" - RƏSMİ (VİDEO-YENİLƏNİB)

10-12-2025 11:00 17 Просмотров
IMG

Bakı şəhəri Səbail rayonu Rəşid Behbudov küçəsi 12 ünvanında yerləşən 3320 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın ikinci mərtəbəsində yerləşən mənzilin eyvanı təbii təsirlərdən uçub.

"Tvit.az" xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Sözügedən məsələ ilə əlaqədar, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları ərazidə olublar. Binaya baxış keçirilib. Təhlükəsizliyin təmin olunması üçün aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri tədbirlər görülüb. Qeyd edək ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, xüsusi mülkiyyətdə olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına müraciət olunacaqdır.

*** 09:56

Bakıda yaşayış binasının eyvanı uçub.

"Tvit.az" xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Bildirilib ki, hadisə Səbail rayonu ərazisində, Rəşid Behbudov küçəsində baş verib.

Hadisə nəticəsində binanın qarşısından keçən qadın xəsarət alıb.

Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub.