Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zelenski makron və digər rəsmilərlə görüşdü
dünya

Zelenski makron və digər rəsmilərlə görüşdü

08-12-2025 19:00 12 Просмотров
IMG

“Avro-troyka”nın (Avropa İttifaqı kontekstində üç əsas lider və ya ölkəni adətən Almaniya, Fransa və İtaliya ifadə edir) liderləri Zelenski ilə görüşüblər.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı Böyük Britaniyanın baş naziri Kirs Starmer vurğulayıb ki, Ukrayna ilə bağlı qərarları ölkənin özü qəbul edir və danışıqları “sülh uğrunda mübarizənin kritik mərhələsi” adlandırıb. Zelenski isə görüşün təşkilinə görə tərəfdaşlara təşəkkür edib və “vacib qərarların qəbulunda” Avropanın, Ukraynanın və ABŞ-ın birliyinin əhəmiyyətini qeyd edib.

Fransa prezidenti Makron bəyan edib ki, Rusiya iqtisadiyyatı sanksiyaların təsirlərini hiss etməyə başlayır və Avropanın Ukraynanı dəstəkləmək üçün “əlində kozirlər” var. Almaniya kansleri Merts vurğulayıb ki, Ukraynanın taleyi Avropanın taleyidir və ABŞ-dan gələn bəzi sənədlərin detallarına münasibətdə ehtiyatlı olduğunu bildirib (Sky News).