“Avro-troyka”nın (Avropa İttifaqı kontekstində üç əsas lider və ya ölkəni adətən Almaniya, Fransa və İtaliya ifadə edir) liderləri Zelenski ilə görüşüblər.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, görüşdə Böyük Britaniyanın baş naziri Kirs Starmer, Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makron iştirak ediblər.
Görüş zamanı Böyük Britaniyanın baş naziri Kirs Starmer vurğulayıb ki, Ukrayna ilə bağlı qərarları ölkənin özü qəbul edir və danışıqları sülh uğrunda mübarizənin kritik mərhələsi adlandırıb. Zelenski isə görüşün təşkilinə görə tərəfdaşlara təşəkkür edib və vacib qərarların qəbulunda Avropanın, Ukraynanın və ABŞ-ın birliyinin əhəmiyyətini qeyd edib.
Fransa prezidenti Makron isə bəyan edib ki, Rusiya iqtisadiyyatı sanksiyaların təsirlərini hiss etməyə başlayır.
"Biz bütün Ukraynanı və sülhü dəstəkləyirik", - Makron əlavə edib.
Aysel Şirinova