Oğuzda BMV markalı avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var.
Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində avtomobilin sürücüsü rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, iki nəfər isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.