Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home turizm Oğuzda maşın idarəetmədən çıxaraq aşdı: Ölən var
turizm

Oğuzda maşın idarəetmədən çıxaraq aşdı: Ölən var

25-11-2025 21:00 17 Views
IMG

Oğuzda BMV markalı avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb.

 

Qəza nəticəsində avtomobilin sürücüsü rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, iki nəfər isə xəsarət alıb.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.