Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ ABŞ 12 böyük hava limanında təyyarələrin uçuş-enişini qadağan edib
ДРУГОЕ

ABŞ 12 böyük hava limanında təyyarələrin uçuş-enişini qadağan edib

10-11-2025 20:00 13 Просмотров
IMG

ABŞ-nin Mülki Aviasiya Federal İdarəsi təyyarələrin 12 böyük hava limanında uçuş və enişini qadağan edib.

 

Tvit.az-ın məlumatına görə, bu barədə Milli Biznes Aviasiya Assosiasiyasının (NBAA) rəhbəri Ed Bolen bildirib.

 

Məhdudiyyətlər ABŞ-də bazar ertəsi şərq vaxtı ilə saat 00:00-dan (Bakı vaxtı ilə saat 09:00) qüvvəyə minəcək, Nyu-York, Los-Anceles, Çikaqo və Bostondakı beynəlxalq hava limanlarına da şamil ediləcək.

 

Mülki Aviasiya Federal İdarəsi daha əvvəl ölkənin ən işlək 40 hava limanının tutumunun 7 noyabrdan etibarən hava nəqliyyatı dispetçerlərinin iş yükünü yüngülləşdirmək üçün 10 % azaldılacağını açıqlayıb. Bu iş yükü maliyyə çatışmazlığı ucbatından hökumətin fəaliyyətini dayandırması səbəbindən artıb. Oktyabrın 1-dan ABŞ-də hava nəqliyyatı dispetçerlərinə şatdaun səbəbindən maaş verilmir.

 

"FlightAware" saytının məlumatına görə, həftəsonu ölkədə 4 500-dən çox kommersiya uçuşu ləğv edilib. 17 000-dən çox uçuş isə idarəetmə qüllələrində və hava hərəkətinin idarə edilməsi mərkəzlərində işçi çatışmazlığı səbəbindən təxirə salınıb.

 

ABŞ Senatı bazar ertəsinə keçən axşam şatdauna son qoymalı olan prosedur tədbirini təsdiqləyib.