"Barselona"nın hücumçusu Robert Levandovski İspaniya La Liqasının 12-ci turunda "Selta" ilə oyunda (4:2) 3 qol vuraraq, son 10 mövsümdə het-triklərin sayına görə hamını qabaqlayıb.
Tvit.az xəbər verir ki, polşalı hücumçu 556-cı matçda 26-cı het-trikinə imza atıb. O, Harri Keyn, Kriştianu Ronaldu və Lionel Messi kimi ulduzları geridə qoyub.
Son 10 mövsümdə het-triklərin sayına görə lider futbolçular bunlardır:
2. Harri Keyn ("Bavariya") - 558 matç, 25 het-trik;
3. Kriştianu Ronaldu ("Ən-Nəsr") - 413 matç, 23 het-trik.
4. Lionel Messi ("İnter Mayami") - 451 matç, 23 het-trik;
5. Kilian Mbappe ("Real Madrid") - 536 matç, 23 het-trik;
6. Erlinq Haland ("Mançester Siti") - 296 matç, 21 het-trik.