Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin olundu
sosial

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin olundu

14-10-2025 18:00 29 Просмотров
IMG

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 18-19-da Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.

 

Tvit.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

 

Məlumata görə, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.

 

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.