İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Gallantı istefaya göndərib .
Galantın yerini xarici işlər naziri İsrael Katz tutacaq .
“Təəssüf ki, müharibənin ilk aylarında etimad olub və çox səmərəli iş aparılsa da, son aylarda mənimlə müdafiə naziri arasında bu etimad pozulub”, - Netanyahu bildirib. Baş nazir "boşluqları aradan qaldırmağa" çalışdığını, lakin onların "genişlənməyə davam etdiyini" söylədi. "Ən pisi odur ki, onlar düşmənə məlum oldular - düşmənlərimiz bundan həzz aldılar və bundan çox faydalandılar", - Netanyahu bildirib.