İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Gallantı istefaya göndərib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Təəssüf ki, müharibənin ilk aylarında etimad olub və çox səmərəli iş aparılsa da, son aylarda mənimlə müdafiə naziri arasında bu etimad pozulub”, - Netanyahu bildirib.
Baş nazir boşluqları aradan qaldırmağa çalışdığını, lakin onların genişlənməyə davam etdiyini deyib. "Ən pisi odur ki, onlar düşmənə məlum oldular - düşmənlərimiz bundan həzz aldılar və bundan çox faydalandılar", - Netanyahu bildirib.
Qeyd edək ki, Galantın yerini xarici işlər naziri İsrael Katz tutacaq.
Aysel Şirinova