Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Azərbaycanın 5 boksçusu finala yüksəldi
СПОРТ

Azərbaycanın 5 boksçusu finala yüksəldi

03-10-2025 19:00 173 Просмотров
IMG

Bu gün III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında yarımfinal döyüşləri keçirilib.

 

Tvit.az xəbər verir ki, azərbaycanlı boksçu Qardaş Rəhimov (46 kq) tacikistanlı Damir Nazarova qalib gələrək (3:2) finala çıxıb.

 

60 kiloqram çəki dərəcəsində yarımfinalda mübarizə aparan digər boksçumuz Şahin Aslanov rusiyalı Dmitriy Klyuşnikovdan üstün olub – 4:1.

 

Daha bir azərbaycanlı boksçu Səfdər Məmmədzadə (+80 kq) qazaxıstanlı Yerketanq Jarkınbeka qalib gələrək (5:0) finala vəsiqəni təmin edib.

 

Əli Əliyev (48 kq) isə digər qazxıstan təmsilçisi Baltin Korqanbekə üstün olub – 3:2.

 

Digər yarımfinal görüşündə azərbaycanlı idmançı Əli Abaslı (52 kq) türkmənistanlı Xangeldi Lukmanova qalib gəlib – 5:0.

 

Beləliklə, Azərbaycanın 5 boksçusu finala vəsiqə qazanıb.

 

Qeyd edək ki, kişi boksçular arasında final qarşılaşmaları oktyabrın 5-də keçiriləcək.