Bonyan Dizel Stadionunda keçirilən oyunda “Traktor” “Aluminium Arak”ı 4:1 hesabı ilə məğlub edib.
Tvit.az xəbər verir ki, Təbrizin “Traktor” klubu İran çempionatının ilk turunda doğma azarkeşləri önündə inamlı qələbə əldə edib.
Matçda xorvatiyalı hücumçu Domaqoy Drojdek het-trik edərək görüşün ən yadda qalan futbolçusu olub. Komandanın yeni oyunçusu Reqqi Luşka isə “Traktor”un heyətində ilk qolunu vurub.
Qələbə sayəsində Təbriz təmsilçisi mövsümə uğurlu start verib.