Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandı
СПОРТ

Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandı

06-09-2025 17:00 35 Просмотров
IMG

Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb.

"Tvit.az" xəbər verir ki, Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışı 2 medalla başa vurub.

Boksçularımızdan Məhəmməd Aşırəliyev (60 kiloqram) və Ruslan Rüstəmov (65 kiloqram) fəxri kürsüyə yüksəliblər. Onların hər ikisi turniri bürünc medalla başa vurublar.