ABŞ prezidenti Donald Tramp ABŞ Konqresində İsrailə dəstəyin 20 il əvvəllə müqayisədə zəiflədiyini etiraf edib.
Tvit.az xəbər verir ki, o, bu barədə “The Daily Caller” saytına müsahibəsində deyib.
“20 il geriyə getsəniz heç bir təşkilat, şirkət, qurum və ya hökumətlə müqayisədə İsrail Konqresdə indiyə qədər gördüyüm ən güclü lobbiyə sahib idi. Bu gün onun o qədər də güclü lobbisi yoxdur”,- deyə Tramp bildirib.
Elmin Alışov