Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Qarabağ"ın oyununa təyinat alan fransalı hakim daha əvvəl Azərbaycan millisinin uduzduğu matçı idarə edib
СПОРТ

"Qarabağ"ın oyununa təyinat alan fransalı hakim daha əvvəl Azərbaycan millisinin uduzduğu matçı idarə edib

25-08-2025 13:00 15 Просмотров
IMG

"Qarabağ" və "Ferentsvaroş" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunununa təyinat alan Kleman Tyurpen daha əvvəl bir dəfə Azərbaycan komandasının görüşünü idarə edib.

 

Tvit.az-ın məlumatına görə, bu, yığmanın 2016-cı ildə səfərdə Şimali İrlandiyaya qarşı keçirdiyi matça təsadüf edib.

 

Ədalət təmsilçisi həmin vaxt DÇ-2018-in seçmə mərhələ görüşündə iş başında olub. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qalibiyyəti ilə yekunlaşıb.

 

43 yaşlı hakim 2010-cu ildən beynəlxalq görüşlərə təyinat alır. O, 2016, 2021 və 2024-cü ildə keçirilmiş Avropa çempionatlarında, 2018 və 2022-ci illərdəki mundiallarda, 2014-cü ildən bu vaxtadək isə UEFA Çempionlar Liqasının qrup mərhələsinin (hazırda Liqa mərhələsi) oyunlarını idarə edib.


Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.