Avstriya dörd rusiyalı diplomatı persona non qrata elan edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumatda onların dərhal ölkəni tərk etmələri olduqları bildirilib. Qeyri-rəsmi məlumatlara görə, onlar casusluqda şübhəli bilinib. Xatırladaq ki, bu, Rusiya diplomatlarının Avstriyadan ilk çıxarılması halı deyil. Bu ilin may ayında ölkədən daha üç rusiyalı diplomat qovulub.
Aysel Şirinova