Tvit.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Araşdırmaya əsasən, ölüm hallarının təxminən üçdə ikisi iqlim dəyişikliyi ilə əlaqələndirilir. Qlobal istiləşmə nəticəsində temperaturun yüksəlməsi 32 minə yaxın insanın ölümünə səbəb olub.
Alimlər Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Norveç və İsveçrənin 854 şəhərində temperatur göstəricilərini və ölüm hallarını təhlil ediblər.
Məlumata görə, anomal istilərdən ən çox 85 və daha yuxarı yaşlı şəxslər zərər çəkib. Bununla yanaşı, 20-44 yaş qrupunda da 800-dən çox əlavə ölüm halı qeydə alınıb.
Bildirilib ki, istilərlə əlaqəli ölüm hallarının təxminən üçdə biri iyun ayında Avropada temperatur rekordlarının qeydə alındığı dövrə təsadüf edib.
Aysel Şirinova,
Tvit.az