Avropa İttifaqı Rusiya ilə diplomatik ünsiyyət kanalını açıq saxlayır və Moskva zəruri hesab edərsə, bundan istifadə edə bilər.
Tvit.az xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Antonio Kosta bildirib.
"Kanal açıqdır və Rusiya bilir ki, əgər atəşkəsə necə nail olmağı və mülki şəxsləri necə qorumağı həqiqətən müzakirə etmək istəsə bunu edə bilər", - siyasətçi deyib.
Elmin Alışov