Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Rusiya Çin danışıqları başladı
dünya

Rusiya Çin danışıqları başladı

21-10-2026 10:00 17 Baxış
IMG

 Rusiyanın Baş naziri Mixail Mişustin və Çin Dövlət Şurasının Baş naziri Li Çian arasında məhdud tərkibdə danışıqlar başlayıb.

 

Tvit.az Rusiya mediasına istinadla xəbər verir ki, Danışıqlarda Rusiya tərəfindən Baş nazirin müavinləri Tatyana Qolikova, Aleksandr Novak və Dmitri Çernışenko, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, elm və ali təhsil naziri Valeri Falkov, Uzaq Şərqin və Arktikanın inkişafı naziri Aleksey Çekunkov, Federal Maliyyə Monitorinqi Xidmətinin rəhbəri Yuri Çixançin, həmçinin Xarici İşlər Nazirliyinin, Sənaye və Ticarət Nazirliyinin, Maliyyə Nazirliyinin və Mərkəzi Bankın nümayəndələri iştirak edirlər.

 

 

Xatırladaq ki, tərəflər arasında əvvəlki görüş 2025-ci ilin noyabrında Çində keçirilib. Danışıqlar Hanqcou və Pekin şəhərlərində baş tutub.

 
 
 
Aysel Şirinova