Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Putinlə görüşə hazıram" - Zelenski məkanı AÇIQLADI
dünya

"Putinlə görüşə hazıram" - Zelenski məkanı AÇIQLADI

09-04-2026 10:00 25 Baxış
IMG

Ukrayna Prezidenti Vladimir Zelenski, Rusiya Prezidenti Vladimir Putinlə görüşün ABŞ-də və ya Yaxın Şərqdə baş tuta biləcəyini bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə o, İtaliya radiosuna müsahibə zamanı danışıb.

 

"Putinlə görüşə hazıram. Müəyyən olaraq Moskva və ya Kiyevdə deyil. Lakin görüşmək üçün çoxlu yer var – Yaxın Şərqdə, Avropada, Amerika Birləşmiş Ştatlarında," – deyə o, bildirib.

 

Bundan əlavə, Zelenski ABŞ-nin Yaxın Şərqdəki rolunu qeyd edərək, ABŞ-ın iştirakı ilə danışıqların davam etdiriləcəyini vurğulayıb. O, həmçinin Rusiya ilə üçtərəfli danışıqların İranda baş verənlər üçün təxirə salındığını, lakin yaxın gələcəkdə bərpa olunacağını açıqlayıb.

 

Aysel Şirinova