Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "Putinlə görüşə hazıram" - Zelenski məkanı AÇIQLADI
dünya

"Putinlə görüşə hazıram" - Zelenski məkanı AÇIQLADI

09-04-2026 10:00 20 Просмотров
IMG

Ukrayna Prezidenti Vladimir Zelenski, Rusiya Prezidenti Vladimir Putinlə görüşün ABŞ-də və ya Yaxın Şərqdə baş tuta biləcəyini bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə o, İtaliya radiosuna müsahibə zamanı danışıb.

 

"Putinlə görüşə hazıram. Müəyyən olaraq Moskva və ya Kiyevdə deyil. Lakin görüşmək üçün çoxlu yer var – Yaxın Şərqdə, Avropada, Birləşmiş Ştatlarda," – deyə o, bildirib.

 

Bundan əlavə, Zelenski ABŞ-ın Yaxın Şərqdəki rolunu qeyd edərək, ABŞ-ın iştirakı ilə danışıqların davam etdiriləcəyini vurğulayıb. O, həmçinin Rusiya ilə üçtərəfli danışıqların təxirə salındığını, lakin yaxın gələcəkdə bərpa olunacağını açıqlayıb.

 

Aysel Şirinova