Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Böyük Britaniya XİN atəşkəsin genişləndirilməsini tələb etdi
dünya

Böyük Britaniya XİN atəşkəsin genişləndirilməsini tələb etdi

09-04-2026 11:00 23 Baxış
IMG

Böyük Britaniya Livanın İranla əldə edilən atəşkəs sazişinə daxil edilməsini dəstəkləyir.

 

Tvit.az xəbər verir ki, bu barədə  Xarici İşlər Naziri İvet Kuper "Sky News" kanalında verdiyi açıqlamada bildirib.

 

"Mən dünən İsrailin Livana qarşı həyata keçirdiyi hücumların eskalasiyasından dərin narahatlığımı bildirirəm. Biz Livanda humanitar vəziyyətin pisləşdiyini, insanların kütləvi şəkildə köç etməsini görürük. Buna görə də biz atəşkəs rejiminin Livana genişləndirilməsini qəti şəkildə dəstəkləyirik", – deyə o bildirib.

 

Nazir həmçinin, İranla bağlı atəşkəs rejiminin saxlanması və Hörmuz boğazının açılması çağırışını edib.

 

Aysel Şirinova