BMT-nin Baş Katibi Antonio Quterreş 8 aprel tarixində İsrailin Livana etdiyi kütləvi hücumları birmənalı şəkildə pisləyib.
Tvit.az xəbər verir ki, bu barədə BMT-nin Baş Katibinin rəsmi nümayəndəsi Ştefan Dujarrik danışıb.
Rəsmi nümayəndə Quterreşin mülki vətəndaşlar arasında qurbanların sayının artmasından dərindən narahat olduğunu ifadə edib.
"İran və Birləşmiş Ştatlar arasında atəşkəs elan edilməsi fonunda, İsrailin Livandakı davam edən hərbi əməliyyatları bu atəşkəsə və bölgədə dayanıqlı və geniş əhatəli sülhə nail olmaq üçün göstərilən səylərə ciddi təhdid yaradır", – deyə BMT-nin Baş Katibinin rəsmi nümayəndəsi Ştefan Dujarrik həmçinin bildirib.
Aysel Şirinova