Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib
siyasət

DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib

16-08-2025 13:00 22 Views
IMG

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

“Tvit.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla general-mayor Babək Vahid oğlu Qurbanova “general-leytenant”, polkovnik Ceyhun Həsən oğlu Nəbiyev və polkovnik Azər Əliyusif oğlu Şirinova isə “general-mayor” ali hərbi rütbəsi verilib.