Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial 5 yaşayış məntəqəsində qaz olmayacaq
sosial

5 yaşayış məntəqəsində qaz olmayacaq

15-08-2025 18:00 15 Views
IMG

Avqustun 18-də Masallı rayonunun bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

 

Masallı rayonu ərazisində, Boradigah yolu istiqamətində yerləşən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsilə əlaqədar avqustun 18-də saat 10:00-dan işlər başa çatanadək Tüklə, Türkoba, Bədəlan, Babaser kəndləri və Boradigah qəsəbəsi də daxil olmaqla 5 yaşayış məntəqəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu müddət ərzində ümumilikdə 6 000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.