Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home sosial "Fast-food" yeyən azyaşlı kor oldu
sosial

"Fast-food" yeyən azyaşlı kor oldu

31-10-2024 14:00 52 Views
IMG

ABŞ-nin Massaçusets ştatında yaşayan 12 yaşlı uşaq orqanizmində qida çatışmazlığı səbəbindən görmə qabiliyyətini itirib.

"Tvit.az" xəbər verir ki,  bu barədə "Daily Mail" nəşri məlumat dərc edib. 

Oğlan autizm spektri pozğunluğundan, həmçinin selektiv yemək pozğunluğundan əziyyət çəkir. Bu diaqnozla bir insan xüsusi qidaları yeməkdən çəkinir. Nəticədə, oğlan yalnız fast-food yeməyə başlayıb. 

2024-cü ilin əvvəlində oğlanın görmə qabiliyyəti bulanmağa başlayıb. Ay yarımdan sonra o, artıq yeriyə bilmirdi. Bir müddət sonra uşaq tamamilə kor olub. Həkimlər uşağı müayinə edib və bildiriblər ki, düzgün olmayan qidalanmaya görə o, görmə sinirlərinin fəaliyyətinə dəstək verən maddələrdən məhrum olub və onlar atrofiyaya uğrayıb. Ona A vitamini, C vitamini, D vitamini, mis və sink çatışmazlığı diaqnozu qoyulub.