ABŞ ailələrinin yarıdan çoxu maliyyə çətinliklərinə görə ABŞ prezidenti Donald Trampı günahlandırır.
Tvit.az xəbər verir ki, bu barədə konsaltinq qrupu "Morning Consult"-un sorğusuna istinadən məlumat yayılıb.
“Amerika ailələri maliyyə çətinlikləri ilə üzləşir və on nəfərdən altısı gündəlik xərclərinin artmasına görə Donald Trampı günahlandırır”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl ABŞ Federal Ehtiyat Sistemi əsas faiz dərəcəsini 4,25–4,5% səviyyəsində saxlayıb.
Həmçinin Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell bildirib ki, qurum hələ sentyabr ayında baza dərəcəsinin mümkün azaldılması ilə bağlı proqnoz verməyə hazır deyil.
Aysel Şirinova