17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində ilk matçını keçirib.
Tvit.az xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Serbiyanın 10:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla serblər A liqasına vəsiqə əldə ediblər.
Azərbaycan millisi qrupda növbəti matçını noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək.