Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Home sosial Azərbaycanda qızılın qiyməti bahalaşacaq
sosial

Azərbaycanda qızılın qiyməti bahalaşacaq

30-10-2024 12:00 50 Views
IMG

Qızılın qiyməti tarixdə ilk dəfə unsiya üçün 2 800 ABŞ dolları ötüb. Belə ki, qiymətli metalın dekabr fyuçersi 0,69 % artaraq 1 unsiya üçün 2800,25 ABŞ dolları səviyyəsinə çatıb.

Analitiklər qızıl bazarındakı yeni rekordu ABŞ-dəki seçkilərin nəticələri ilə bağlı qeyri-müəyyənlik, həmçinin Yaxın Şərqdə münaqişənin mümkün eskalasiyası ilə bağlı narahatlıqlarla əlaqələndirirlər.

Bəs görəsən, bu artım Azərbaycanda qızılın qiymətinə necə təsir göstərəcək?

İqtisadçı deputat Vüqar Bayramov "Tvit.az"a açıqlamasında bildirib ki, Azərbaycan qızıla olan tələbi daha çox idxal hesabına ödəyir. Onun sözlərinə görə, qızıl idxal etdiyimiz ölkələr İtaliya, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliyidir:

"Bu ölkələrdən idxal hesabına daxildə qızıla olan tələb ödənilir. Təbii ki, yerli istehsalımız var. Bu istehsal daha çox yığım üçün istifadə olunur. Nəticədə emaledici və bazara çıxarılan qızıl xaricdən alınır. Dünya bazarında qızıln qiymətindəki dəyişikliklər mütəmadi müşahidə olunur. Bu baxımdan, Azərbaycanda qızıl bazarında da qiymət artımları müşahidə olunmuşdu. Əgər dünya bazarındakı qiymət artımları uzunmüddətli dövrü əhatə edərsə, bu halda Azərbaycana idxal olunan qızılın xərcində də artımlar olacaq. Xərcin artması ilə Azərbaycan istehlak bazarında qızılın qiymətində artımlar müşahidə oluna bilər. Ölkəmizin istehlak bazarında qızılın qiymətinin dəyişməsi birbaşa dünya bazarındakı qiymət artımlarının hansı dövrü əhatə etməsi ilə bağlı olacaq. Əgər bu qısa deyil orta və uzunmüddətli dövrü əhatə edəcəksə, bu halda daxili bazarda da qiymət artımları müşahidə edəcəyik".