Orban Aİ-ni Macarıstana qarşı sui-qəsddə ittiham edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
"Avropa İttifaqının (Aİ) rəhbərliyi , o cümlədən Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen və Avropa Parlamentindəki ən böyük fraksiya - Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veber Macarıstana qarşı sui-qəsd hazırlayır", - deyə Macarıstanın baş naziri Viktor Orban bu barədə özünün Facebook səhifəsində məlumat yazıb.