Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home siyasət Azərbaycan və Nigeriya arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olundu
siyasət

Azərbaycan və Nigeriya arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olundu

03-07-2025 21:00 43 Views
IMG

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Nigeriyanın büdcə, iqtisadiyyat və milli planlama naziri Abubakar Atiku Bagudu ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:

 

"Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Nigeriyanın büdcə, iqtisadiyyat və milli planlama naziri Abubakar Atiku Bagudu ilə görüşdük. İkitərəfli iqtisadi əlaqələr, ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük", - deyə nazir qeyd edib.