Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Ermənistan bu ölkədən döyüş təyyarəsi alır
dünya

Ermənistan bu ölkədən döyüş təyyarəsi alır

20-10-2026 17:00 16 Views
IMG

Çexiya Ermənistana L-39NG Skyfox tipli təlim-döyüş təyyarələri satacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan sosial şəbəkə hesabında məlumat paylaşıb.

KİV-in məlumatına görə, Çexiyanın “Aero Vodochody” şirkəti Ermənistana dörd ədədədək L-39NG Skyfox təyyarəsi satmağı planlaşdırır.

Qeyd edək ki, L-39NG Skyfox Ermənistan ordusunun silahlanmasında da yer alan L-39 Albatros təlim-döyüş təyyarəsinin modernləşdirilmiş versiyasıdır.

L-39 Albatros təyyarəsinin hazırlanmasına 1966-cı ildə Çexoslovakiyanın “Aero Vodochody” şirkətində başlanılıb. Onun təkmilləşdirilmiş versiyaları hazırda bir sıra ölkələrin silahlı qüvvələrində istifadə olunur.

Məlumata əsasən, bir ədəd L-39NG Skyfox təyyarəsinin qiyməti 10-14 milyon avro arasında dəyişir.