Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Nigeriyanın büdcə, iqtisadiyyat və milli planlama naziri Abubakar Atiku Bagudu ilə görüşüb.
Tvit.az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:
"Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Nigeriyanın büdcə, iqtisadiyyat və milli planlama naziri Abubakar Atiku Bagudu ilə görüşdük. İkitərəfli iqtisadi əlaqələr, ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük", - deyə nazir qeyd edib.