Tbilisidə müxalifətin mitinqinin iştirakçıları onlara rus kimi görünən şəxsə hücum ediblər.
Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin məlumatına görə, bir neçə qız onun kimliyini öyrənmək üçün ona yaxınlaşıb, lakin o, onlarla danışmayaraq gedib. Bundan sonra digər nümayişçilər onun rus olduğunu iddia edərək onu təqib etməyə başlayıblar. Daha sonra onlardan biri kişini vurub və polis onun qarşısını alıb.
Mitinq zamanı müxalifət yenidən parlament seçkilərinin keçirilməsini tələb edib . Aksiyada Gürcüstan prezidenti Salome Zurabişvili də iştirak edib.
Aysel Şirinova